Hobbi olaraq başladı və milyarder oldu - NECƏ? | Banco.az

Hobbi olaraq başladı və milyarder oldu - NECƏ?

Sevdiyi işdən pul qazanmaq hər kəsin arzusudur. Bir çox insan hər gün sevmədiyi işə məcburi şəkildə gedir və həm sevdiyi həm də yaxşı pul qazana biləcəyi iş arzulayır. 

ABŞ-da yaşayan Ken Grossman adlı iş adamı bu arzusunu həm gerçəkləşdirib həm də adını milyarderlər siyahısına yazdırmağı bacarıb. Grossman sözün əsl mənasında öz xəyallarını yaşayır. 1954-ci ildə dünyaya gəldiyi Kaliforniyadakı evində istehsal etdiyi pivələri 1976-ci ildən satmağa başlayıb.

1980-cı ildə o artıq pivələri şüşə butulkalarda satırdı. İş adamı kiçik şüşə butulkalarla satdığı pivə işini böyüdərək bir fabrik halına gətirdi və forbes jurnalına görə onun hazırda 1.1 milyard dollar sərvəti var.

ABŞ-ın ən böyüyü oldu

Kaliforniyada yerləşən şirkəti Sierra Nevada Brewing Company hazırda ABŞ-ın ən böyük pivə şirkətlərindən biridir. ABŞ-lı təşəbbüskar, “1980-ci ildə yalnız 45 şirkət pivə çıxarırdı” deyir. Ancaq ondan sonra pivə istehsalı ölkədə az qala partladı.

Ən sərfəli kredit üçün müraciət et

Maraqlı ola bilər: Ağ çimərliklərdə sıxıldınızsa quru kumlarıyla məşhur sahillərə buyrun
Hal-hazırda ABŞ-da olmadığı qədər pivə istehsalı edən şirkət var, illik pivə satışı 22.3 milyard dollar dəyərində bu da bazarın yüzdə 12 faizinə bərabərdir. Grossman’ın şirkəti isə ildə iki böyük təsisində 1,2 milyon barrel pivə satır.

200 fərqli pivə çıxardı
Grossman’ın şirkəti keçən müddətdə 200-dən çox fərqli pivə çıxardı. Təbii ki bu çıxarılan Biralar kiçik miqyaslı və test məqsədli. Ancaq şirkətin ən böyük məhsulu Pale Ale pivə sevərlər arasında hər zaman ilk sırada iştirak edir.

Milyarder, bu anda 61 yaşında və hələ şirkətdəki vəzifəsinə davam edib bütün pivə istehsal proseslərini yaxından təqib edir.

©Bizplus

Ən sərfəli krediti almaq üçün müraciət et