Hiperinflyasiya nədir? | Banco.az

Hiperinflyasiya nədir?

Adından da göründüyü kimi hiperinflyasiya inflyasiyanınyüksək həddi olub idarə edilməsi olduqca çətin olan formasıdır. Məhsul və xidmətlərin qiymət səviyyəsinin ümumi artımı ilə xarakterizə olunur ki, bu artım da 50%-dən çoxdur.

Pul dəyərsizləşir və nəticədə, valyuta tənəzzülünə və müxtəlif iqtisadi və sosial problemlərə səbəb olur.

Hiperinflyasiya yarana bilər:

-pul təklifinin sürətlə artımı ilə;

-təbii fəlakətlər və müharibə səbəblərindən;

-digər iqtisadi faktorların təsiri ilə valyutanın sürətli tənəzzülü və s.

Ən sərfəli kredit üçün müraciət et

Hiperinflyasiyanın iqtisadiyyata mənfi təsirləri və fəsadları aşağıdakı kimi ola bilər:

  1. Valyutanın tədricən qiymətdən düşməsi və bunun nəticəsində müxtəlif iqtisadi problemlər:
  2. İşsizliyin yüksək həddi;
  3. Yaşayış gözləntilərinin aşağı düşməsi. Yaşam gözləntiləri o dərəcədə aşağıdır ki, insanlar ərzaq tələbatlarını belə ödəməkdə çətinlik çəkirlər;
  4. Şiddətli ərzaq böhranı, ərzaq qıtlığının yaranması;
  5. Həyat şəraitinin düşməsi ilə xəstəlik və ölüm hallarının artması;
  6. Ölkəni tərketmə hallarının artması.