Hindistanın ən böyük aviaşirkəti indiyə qədərki ən iri həcmli birdəfəlik sifarişə imza atıb | Banco.az

Hindistanın ən böyük aviaşirkəti indiyə qədərki ən iri həcmli birdəfəlik sifarişə imza atıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Hindistanın “IndiGo” aviaşirkəti iri həcmli sifariş həyata keçirib.

Banco.az xəbər verir ki, Hindistanın “IndiGo” aviaşirkəti “Airbus”dan 500 ədəd A320 təyyarəsi sifariş verməklə kommersiya aviasiya tarixində ən böyük birdəfəlik alış müqaviləsini imzalayıb.

Bu barədə “Airbus” tərəfindən edilən açıqlamada bildirilib və qeyd olunub ki, Hindistanın bazar payına görə ən böyük hava yolu şirkəti olan “IndiGo” ilə müqavilə imzalayıblar.

Sözügedən müqavilədən sonra “IndiGo”nun sifariş etdiyi “Airbus” təyyarələrinin ümumi sayı 1330 ədədə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, sifarişlərin siyahı qiymətində ümumi dəyərinin 50 milyard dollar səviyyələrində olduğu güman edilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et