Hindistandan Avropaya yeni ticarət dəhlizi: Avropa ehtiyyatlı davranır | Banco.az

Hindistandan Avropaya yeni ticarət dəhlizi: Avropa ehtiyyatlı davranır

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

2023-cü ilin sentyabrında keçirilən G20 sammitində Hindistanın Baş naziri Narendra Modi Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizinin (IMEC) yaradılmasını elan etdi.

Sessiyada çıxış edən Modi, "Bu gün mühüm və tarixi ortaqlığa dair razılaşma əldə edildi. Gələcəkdə bu dəhliz Hindistan, Qərbi Asiya və Avropada əsas iqtisadi inteqrasiya aləti olacaq" - dedi. Baş nazir qeyd etdi ki, dəhliz qlobal əlaqə və davamlı inkişafa yeni istiqamət verəcək.

Banco.az xəbər verir ki, sözügedən təşəbbüsə Hindistan, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı, Avropa İttifaqı, Fransa, İtaliya, Almaniya və ABŞ daxildir.

Bəs bu dəhliz nə zaman istifadəyə veriləcək?

4800 km uzunluğunda olan dəhliz dəniz və dəmir yolu marşrutlarından ibarət olacaq. İki hissəyə bölünən dəhlizin Şərq dəhlizi Fars körfəzini Hindistanla, Şimal dəhlizi isə Fars körfəzini Avropa ilə birləşdirəcək.

Mövcud çağırışları və geosiyasi gərginliyi nəzərə alaraq, tədarük zəncirlərinin səmərəliliyinin artırılmasına, istixana qazlarının emissiyasının azaldılmasına və iş yerlərinin yaradılmasına xüsusi diqqət yetiriləcək.

Yaxın Şərq və Fars körfəzi regionu bir çox böyük oyunçuların maraq mərkəzinə çevrilib. Təkcə neft və qaz ehtiyatları ilə zəngin deyil, həm də qlobal iqtisadi nəzarət mərkəzlərindən biri olan bu regionda Çinin təsiri daha güclüdür.

Bu yolla, IMEC Avropaya Fars körfəzində öz təsirini yaratmağa imkan verəcək və yeganə Çin hökmranlığı planlarının qarşısını alacaq.

Bir çox ekspertlər hesab edir ki, bu həm də Rusiyanın rəqabətinə qarşı çıxmaq üçün bir fürsətdir. 

Dəhlizinin açılmasına maneə olan məsələlər var…

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin 2023-cü ilin sentyabrında Yeni Dehlidə keçirilən PGII tədbirindəki çıxışında dediyi kimi, IMEC Avropa limanlarından dəhlizin son nöqtələrinə qədər marşrut boyunca nəqliyyat xərclərini 30-40% azaltmağa qadirdir.

Planet əhalisinin 40%-ni və dünya ÜDM-nin yarıdan çoxunu təşkil edən ümumilikdə 8 ölkə sazişə qoşulub. 

IMEC-in qarşısındakı ən böyük maneə Yaxın Şərqdəki müharibədir. Ekspertlər hesab edir ki, bun layihədə əhəmiyyətli gecikmələrə səbəb olacaq. Hətta indiyə qədər əldə edilmiş irəliləyişlər də geri çevrilə bilər.

Bundan əlavə, vaxt məsələsi də  hələ də qeyri-müəyyən olaraq qalır.

Layihənin iştirakçılar bu yaxınlarda G20-nin ilkin iclasında razılaşdırıldığı kimi “fəaliyyət planını” təsdiqləmək üçün görüşə bilmədilər.

Üstəlik maliyyələşdirmə ilə bağlı da təfərrüatlar yoxdur.  Ümumilikdə, liman əlaqələrinin, dəmir yollarının və s. inkişafı milyardlarla avro tələb olunur.

Rusiya və Çinin təsirləri...

Avropa üçün ən böyük problemlərdən biri  IMEC çətiri altında yaradılacaq texnologiya, pul və digər infrastrukturların Rusiya və Çinin təsirini təşviq etməkdir.

Ukrayna müharibəsi fonunda Yaxın Şərqin Rusiya üçün rolu xeyli artıb. 2023-cü ilin ilk 5 ayında BƏƏ Rusiyaya 233 milyon dollar dəyərində kompüter komponentləri, rabitə və elektron avadanlıqlar ixrac edib. Bu, ötən ilin eyni dövründəki 2 milyon dollardan böyük artımdır. Digər tərəfdən, Çin Körfəz ölkələrindən ən çox neft və qaz alıcısına çevrilib.

IMEC-in geosiyasəti kifayət qədər mürəkkəbdir, çünki həm Səudiyyə Ərəbistanı, həm də BƏƏ – limanları əlaqələrin qurulmasında və ticarətin genişləndirilməsində böyük rol oynayacaq ölkələr “ŞƏT ilə dialoq üzrə tərəfdaş” statusuna malikdir.

Bundan əlavə, Əbu-Dabi artıq BRİKS-ə üzv olmaq niyyətini açıqlayıb. Ər-Riyadın da Pekinin himayəsi altında böyüyən iqtisadi blokun bir hissəsi olacağı ehtimal edilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram