Müəllif: Tamara Mustafayeva, Banco.az
Ötən ay Hindistanda inflyasiya səviyyəsi gözləniləndən yüksək olub.
Banco.az xəbər verir ki, Hindistanda inflyasiya yanvardakı 5,10 faizdən fevralda 5,09 faizə düşüb.
Lakin bu göstərici iqtisadçıların gözlədiyi 5,02 faizdən yuxarı olub.
Hindistan Milli Statistika İdarəsinin məlumatları göstərir ki, sözügedən dövrdəki qiymət artımına, əsasən, ərzaq və içkilər səbəb olub və 7,76 faiz inflyasiya yaradıb.
Bizi sosial şəbəkələrdən izləyin!!