Müəllif:Ayşən İmanova/Banco.az
Hindistanda istehlak qiymətlərinin artımı noyabrda oktyabr ayı ilə müqayisədə yavaşlayıb.
Banco.az xəbər verir ki, noyabrda inflyasiya oktyabrda olan 6,21% ilə müqayisədə illik ifadədə 5,48% təşkil edib.
Ölkədə istehlak qiymətlərinin artım tempi Hindistan Ehtiyat Bankının (RBI) 4%-lik hədəfini üstələyir.
Noyabrda ərzaq xərclərinin artımı bir ay əvvəlki 10,87%-dən 9,04%-ə qədər azalıb. Kommunal xidmətlər 2,87% (oktyabrda 2,81%) bahalaşıb, yanacaq və elektrik enerjisi isə 1,83% ucuzlaşıb (oktyabrda azalma 1,39%).
Aylıq bazda Hindistanın istehlak qiymətləri oktyabrda 1,34% artdıqdan sonra 0,15% azalıb.