Hindistan və İran dollardan imtina etdi | Banco.az

Hindistan və İran dollardan imtina etdi

Hindistanın neft emalı zavodları, Tehrana qarşı tətbiq edilmiş sanksiyalara görə İranla neft ticarətində yalnız rupidən istifadə etməyə başlayıblar.

ABŞ-ın 2018-ci ilin noyabr ayında İrana qarşı tətbiq etdiyi sanksiyalardan bəri ilk dəfə olaraq, Hindistan və İran neft ticarətində yalnız milli valyutalardan istifadə etməyə başlayıblar.

Reuters-un məlumatına görə, bu barədə Hindistanın UCO Bank bankının baş direktoru olan Charana Singh rəyinə və neft sənayesində adı açıqlanmayan qaynaqların verdiyi məlumatlara verir.

Bu dəfə hind neft şirkətləri, Mangalore Rafinery&Petrochimecals və İndian Oil Corporation da daxil olmaqla, hesablaşmaların 100%-ni rupi ilə həyata keçiriblər.Əvvəlki dövrlərdə də ABŞ-ın təzyiqi nəticəsində (2012-2016) İran və Hindistan, neftin tədarükünə aid hesablaşmaların əhəmiyyətli hissəsini rupi ilə həyata keçirmişlər. Lakin, onda rupinin bu hesablaşmalarda ümumi payı 45% təşkil etmişdir, qalan hissə avroya məxsus olub.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edildiyi kimi, İran, aldığı vəsaitlərdən Hindistandan mal idxalının ödəməsi üçün istifadə edəcək.

Eyni zamanda, İran və Hindistan arasında olan bu hesablamalar müəyyən mənada Rusiya ilə İran arasında mövcud ticarət sazişini təkrarlayır – ” neft müqabilində mallar”. Bu vəziyyət göstərir ki, İran energetika sahəsində hesablaşmaları milli valyutalarda inkişaf etdirməyə davam edir.

İranla neft ticarəti çərçivəsində Hindistan hakimiyyəti, şirkətləri National Iranian Oil Co (NIOC) şirkətindən neft tədarükündə vergi və rüsumlardan azad edib.

Banker.az

Ən sərfəli krediti almaq üçün müraciət et