Müəllif - Aida İsaq, Banco.az
Hindistan şəkər ixracına qadağa qoymaq niyyətindədir.
Banco.az xəbər verir ki, məlumat görə, müvafiq qərar şəkər istehsalının azalması və 2023- 2024-cü illərdə keçiriləcək seçkilər ərəfəsində inflyasiya təzyiqlərinin qarşısının alınması zərurətindən irəli gəlir.
Hazırda Hindistanda gözlənilən 27,5 milyon ton daxili istehlak tələbini ödəmək üçün kifayət qədər şəkər ehtiyatı var. Hökumət cari ildə seçkilər öncəsi inflyasiya riski barədə xəbərdarlıq edir. Bununla yanaşı, nazirlər müəssisələrə şəkər ixracını dərhal dayandırmağı tövsiyə edib. Lakin tədarükçülər müəyyən edilmiş sabit kvotaya uyğun olaraq məhsulların əksəriyyətinin ixracını artıq həyata keçiriblər. 200 min tona yaxın şəkərin ixracı isə dayandırılıb.
Bizi sosial şəbəkələrdən izləyin!!