Hindistan Mərkəzi Bankı inflyasiya ilə mübarizə üçün yenidən faiz artımı edə bilər | Banco.az

Hindistan Mərkəzi Bankı inflyasiya ilə mübarizə üçün yenidən faiz artımı edə bilər

Müəllif: Tamara Mustafayeva, Banco.az

Hindistanda inflyasiyanın qarşısını almaq üçün 2-ci rübdə uçot dərəcəsinin 6,75%-ə çatdırılacağı ehtimal edilir.

Banco.az xəbər verir ki, “Bloomberg”in iqtisadçı sorğusuna əsasən, Hindistan Ehtiyat Bankının (mərkəzi bank) keçən ay gözləniləndən daha sürətlə artan inflyasiyanı tənzimləmək üçün əsas faiz dərəcəsini yenidən 25 baza bəndi artırmağa hazırlaşdığı müəyyən edilib.

Sorğu göstərir ki, mərkəzi bankın aprel-iyun ayları arasında geri alış faizini 6,75%-ə qaldıracağı, dördüncü rübdə isə yenidən hazırki 6,5 faizlik səviyyəyə qədər endirəcəyi gözlənilir.

Xatırladaq ki, əvvəlki sorğuda faiz dərəcəsinin gələn ilin birinci rübünə qədər 6.5%-lik həddə qalacağı proqnozlaşdırılırmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et