Hindistan kriptovalyuta satıcılarına vergi tətbiq edəcək | Banco.az

Hindistan kriptovalyuta satıcılarına vergi tətbiq edəcək

Hindistan hakimiyyəti virtual rəqəmsal aktivlərdən əldə edilən istənilən gəlirə 30 faiz vergi qoymağı planlaşdırır.

Bu barədə "Bloomberg" agentliyi Maliyyə naziri Nirmala Sitharamana istinadən bildirib.

Kriptovalyuta ticarətçilərinin vergiyə cəlb edilməsi qərarı səbəbsiz olmayıb.

"Virtual rəqəmsal aktiv əməliyyatlarında fenomenal artım müşahidə edirik. Bu əməliyyatların miqyası və tezliyi xüsusi vergi rejimini qabaqcadan nəzərə almağını zəruri edib", - deyə nazir izah edib.

trend.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et