Müəllif - Aida İsaq, Banco.az
Hindistan 2022-2023-cü maliyyə ilində 162,46 milyon ton kömür idxal edib.
Banco.az xəbər verir ki, müvafiq səviyyə ötən maliyyə ili ilə müqayisədə 30% çoxdur. Məlumata görə, hesabat dövründə xaricdən kokslaşan kömür alışı 5,44% artaraq 54,46 milyon tona çatıb.
Eyni zamanda, təkcə 2023-cü ilin mart ayında Hindistan kokslaşmayan kömür idxalını 2022-ci ilin mart ayı ilə müqayisədə 10% artırıb. Bu ilin martında bu rəqəm 13,88 milyon tona çatıb. Kokslaşan kömür 16% az idxal edilib. 2023-cü ilin mart ayında Hindistan 3,96 milyon ton xammal idxal edib.
Qeyd edək ki, Hindistan dünyanın ən böyük kömür hasil edən beş ölkəsindən biridir. Lakin kömürə olan tələbatın bir hissəsi Hindistan tərəfindən idxal hesabına ödənilir. Çünki ölkə həm də quru yanacağın əsas istehlakçılarından biridir.
Bizi sosial şəbəkələrdən izləyin!!