Hindistan Çinin iqtisadi artım "tacını" ala bilər | Banco.az

Hindistan Çinin iqtisadi artım "tacını" ala bilər

Müəllif:Ayşən İmanova/Banco.az

Hindistan bütün düzgün iqtisadi hədəflərə çatarsa, 2028-ci ilə qədər qlobal artım lideri ola bilər.

Banco.az xəbər verir ki, “Barclays” və digər investisiya bankları Hindistanın Baş nazir Narendra Modinin növbəti beş illik dövründə (ölkədə may ayında ümumi seçkilər keçiriləcək) qlobal iqtisadi artımın mühərriki kimi Çini əvəz edə biləcəyini proqnozlaşdırır.

Hindistan iqtisadiyyatının 6,5% artacağını nəzərdə tutan ən bədbin ssenaridə Hindistan 2037-ci ildə Çini keçə bilər.

Bloomberg Economics-in təxminləri daha optimistdir.Onlar bildirirlər ki, əsas ssenaridə Hindistanın iqtisadi artımı bu onilliyin sonuna kimi 9%-ə qədər sürətlənəcək, Çininki isə 3,5%-ə qədər yavaşlayacaq.

Qeyd edək ki, 2023-cü ilin yayında “Goldman Sachs” ekspertləri Hindistan iqtisadiyyatının 2075-ci ilə qədər Yaponiya, Almaniya və ABŞ-ı keçərək Çinə yaxınlaşaraq dünyanın ikinci ən böyük iqtisadiyyatına çevriləcəyini güman edirdilər. Bankın proqnozlarına görə, 52 il ərzində Çin iqtisadiyyatının həcmi 57 trilyon dollar, Hindistan 52,5 trilyon dollar, ABŞ isə 51,5 trilyon dollar təşkil edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et