Hindistan bu tarixədək dünyanın ikinci ən böyük iqtisadiyyatına sahib olacaq | Banco.az

Hindistan bu tarixədək dünyanın ikinci ən böyük iqtisadiyyatına sahib olacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Goldman”: Hindistan iqtisadiyyatı 2075-ci ilə qədər ABŞ-ı geridə qoyacaq.

Banco.az xəbər verir ki, “Goldman Sachs” tərəfindən dərc olunan hesabatda Hindistan iqtisadiyyatının 2075-ci ilə qədər təkcə Yaponiya və Almaniyanı deyil, həm də ABŞ-ı geridə qoyaraq dünyanın ikinci ən böyük iqtisadiyyatı olacağı iddia edilib.

Xatırladaq ki, bu gün Hindistan Almaniya, Yaponiya, Çin və ABŞ-dan sonra dünyanın beşinci ən böyük iqtisadiyyatıdır.

Hesabatda qeyd olunub ki, əhalinin artması ilə yanaşı, ölkədə innovasiya və texnologiya sahəsində irəliləyiş, daha çox kapital qoyuluşu və işçilərin məhsuldarlığının yüksəlməsi sözügedən proqnozlara təsir edən amillərdir.

Ən sərfəli kredit üçün müraciət et

“Növbəti iki onillikdə Hindistanın asılılıq nisbəti regional iqtisadiyyatlar arasında ən aşağı göstəricilərdən biri olacaq”, - hesabatda deyilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et