Hindistan bu tarixə qədər dünyanın 3-cü ən böyük iqtisadiyyatı olacaq | Banco.az

Hindistan bu tarixə qədər dünyanın 3-cü ən böyük iqtisadiyyatı olacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Hindistan 2027-ci ilə qədər dünyanın 3-cü ən böyük iqtisadiyyatı olacaq."

Banco.az xəbər verir ki, Hindistan Maliyyə Nazirliyinin bəyanatına görə, Hindistan 2027-ci ilə qədər 5 trilyon dollarlıq ümumi daxili məhsulla dünyanın üçüncü ən böyük iqtisadiyyatına çevrilə bilər.

Hindistanın Maliyyə Nazirliyi bazar ertəsi təqdim etdiyi hesabatda iqtisadiyyatın 2024-cü maliyyə ilində 7 faiz və ya daha çox böyüməyə hazır olduğunu bildirib.

Məlumat üçün qeyd edək ki, Hindistanda maliyyə ili aprelin 1-də başlayır və martın 31-də başa çatır.

Bu ilki hədəf yerinə yetirilərsə, Hindistanın ÜDM-i ardıcıl üç ildir ki, 7 faiz artacaq. 

Qeyd edək ki, ölkənin ÜDM-i hazırda 3,7 trilyon dollar təşkil edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram