Hindistan birjası dünyanın dördüncü ən böyük birjasına çevrildi | Banco.az

Hindistan birjası dünyanın dördüncü ən böyük birjasına çevrildi

Müəllif: Tamara Mustafayeva, Banco.az

Hindistan birjası Honkonq birjasını geridə qoyaraq dünyanın dördüncü ən böyük birjası olub.

Banco.az xəbər verir ki, qlobal kapital axının Çin tərk etdiyi bir vaxtda iqtisadi artım gözləntiləri və siyasət islahatları ilə investorların diqqət mərkəzinə çevrilən Hindistanda fond bazarının böyüklüyü ilk dəfə olaraq Honkonqu üstələyib.

Hindistan birjalarında satılan səhmlərin ümumi dəyəri bazar ertəsi bağlanış tarixinə olan məlumatlara görə, 4,33 trilyon dollara çatıb, Honkonqun dəyəri isə 4,29 trilyon dollar səviyyəsində qalıb.

Bu da Hindistanı dünyanın dördüncü ən böyük fond bazarına çevirib.

Xatırladaq ki, Hindistan fond bazarının dəyəri dekabrın 5-də ilk dəfə olaraq 4 trilyon dolları ötüb. Bu bahalaşmanın təxminən yarısı son dörd ildə baş verib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Hindistanda səhmlər sürətlə böyüyən pərakəndə investor bazası və güclü korporativ gəlirlər hesabına dəyər qazanmaqdadır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et