Müəllif: Tamara Mustafayeva, Banco.az
Hindistanın iyulun 14-də Ayın cənub qütb bölgəsini araşdırmaq üçün kosmosa göndərdiyi “Çandrayaan-3” kosmik kəşfiyyat aparatının Aya uğurla eniş etdiyi bildirilib.
Banco.az xəbər verir ki, Hindistan Kosmik Tədqiqatlar Mərkəzi (ISRO) kosmik aparatın Ayın səthinə problemsiz enişini canlı yayımlayıb.
Beləliklə, Hindistan ABŞ, keçmiş Sovet İttifaqı və Çindən sonra Aya yumşaq eniş edən 4-cü, Ayın "cənub qütbünə yaxın yumşaq eniş" edən ilk ölkə kimi tarixə düşüb.
Xatırladaq ki, 2008 və 2019-cu illərdə fərqli missiyalar üçün kosmosa göndərilən “Çandrayaan 1 və 2” Ayın səthinə enməyə müvəffəq olmamışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!