Hindistan ABŞ ilə ticarət sazişi bağlamağı planlaşdırır | Banco.az

Hindistan ABŞ ilə ticarət sazişi bağlamağı planlaşdırır

Müəllif:Mehin Qasımova,Banco.az

Hindistan  noyabr ayına qədər ABŞ-la ikitərəfli ticarət sazişi üzrə danışıqları başa çatdırmağı planlaşdırır.

Banco.az xəbər verir ki, bunu ölkənin ticarət və sənaye naziri Piyuş Göyal deyib.

"ABŞ ilə danışıqlarımızda geosiyasi məsələlər ticarət məsələlərindən üstündür.

Mən çox ümid edirəm ki, işlər tezliklə normallaşacaq və biz fevralda iki liderimizin müzakirə etdiyi kimi, təxminən noyabra qədər ikitərəfli ticarət sazişi bağlayacağıq" – deyə o qeyd edib 

Qeyd edək ki,  Hindistan və ABŞ fevral ayında baş nazir Narendra Modinin Vaşinqtona səfərindən sonra hərtərəfli ticarət sazişi üzrə danışıqlara başlayıb.

İki ölkə 2030-cu ilə qədər ikitərəfli ticarətin həcmini 500 milyard dollara çatdırmağı hədəfləyir. Sənədin payızda imzalanması gözlənilirdi. Hindistan nümayəndə heyəti razılaşmanı müzakirə etmək üçün bir neçə dəfə Vaşinqtona səfər edib.

Danışıqların altıncı raundu üçün avqustun 25-nə planlaşdırılan ABŞ nümayəndə heyətinin Hindistana səfəri ləğv edilib.