Hindistan 2031-ci ilə qədər dünyanın ikinci ən böyük iqtisadiyyatına çevrilə bilər | Banco.az

Hindistan 2031-ci ilə qədər dünyanın ikinci ən böyük iqtisadiyyatına çevrilə bilər

Müəllif:Mehin Qasımova/Banco.az

Yüksək iqtisadi artım templəri nümayiş etdirən Hindistan 2031-ci ilə qədər dünyanın ikinci ən böyük iqtisadiyyatına çevrilə bilər.

Banco.az xəbər verir ki,bunu Hindistan Ehtiyat Bankının (RBI) sədr müavini Maykl Debabrata Patranın jurnalistlərə verdiyi müsahibəsində qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

"Hindistanın özünəməxsus güclü tərəflərini nəzərə alsaq, yaxın onilliyə qədəm qoyan Hindistanın 2048-ci ilə deyil, 2031-ci ilə qədər dünyanın ikinci ən böyük iqtisadiyyatına çevriləcəyini və 2060-cı ilə qədər isə dünyanın ən böyük iqtisadiyyatına çevriləcəyini təsəvvür etmək olar", -deyə o vurğulayıb.

Hindistan Ehtiyat Bankının qubernatorunun müavini bildirib ki, ölkə 2030-cu ilə qədər mal və xidmətlərin ixracını indiki 768 milyard dollardan (dünya ümumi həcminin 2,4%-i) 1 trilyon dollara çatdırmaq üçün səyləri artırmalıdır.

Ən sərfəli krediti almaq üçün müraciət et