Bu günədək müxtəlif sahələr üzrə fermerlərin təmsil olunduğu 19 assosiasiya yaradılıb. Yaxın zamanlarda isə heyvandarlıqla məşğul olan fermerlərin assosiasiyanın yaradılması nəzərdə tutulur.
Bu sözləri Kənd Təsərrüfatı naziri İlham Quliyev noyabrın 25-də 2020-ci ildə aqrar sahədə QHT layihələrinin maliyyələşməsi ilə bağlı qrant müsabiqəsinə həsr edilən mətbuat konfransında deyib.
Nazi müavini qeyd edib ki, ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə cari ilin müvafiq dövründə kənd təsərrüfatının ümumi məhsulu 7,2 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 11,4 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 3,2 faiz artıb.
Azərtac