Heyrətlənməyə hazırsınız? Dünyanın ən bahalı meqa-yaxtası | Banco.az

Heyrətlənməyə hazırsınız? Dünyanın ən bahalı meqa-yaxtası

Bu əsrarəngiz meqa-yaxtaya Admiral X Force 145 adı verilib. Yaxta 465 futluq tutuma malikdir.

Lakin ona özəllik verən yeganə xüsusiyyət nəhəng olması deyil. Daxili interyeri də kifayət qədər ürəkaçandır. Yaxtanın əsas hissəsi kristal çilçıraq və mərmər döşəmə ilə bəzədilib.

Həmçinin yaxtada üzgüçülük hovuzu, 2 kinoteatr, gimnastika zalı, qaraj, helikopterlər üçün 2 eniş sahəsi və s. də mövcuddur.

X Force-un uzunlugu 2 jumbo təyyarəsinin uzunluğundan daha böyükdür və ya, futbol sahəsinin 1 və yarım hissəsinin birlikdə uzunluğuna bərabərdir.

Ən sərfəli kredit üçün müraciət et

Nəhəng qayığın qiyməti onunla şəxsən maraqlananlara açıqlanır, yəni ictimayyətə hələ bu barədə məlumat verilməyib. Amma The Daily Mail estimates-in hesablamalarına görə onun qiyməti 1 mlrd dollardan ucuz olmayacaq.

Həmçinin əlavə edək ki, yaxta Dobroserdov Design və Admiral Centro Stile-ın birgə əməkdaşlığı nəticəsində ərsəyə gəlib.

Yaxtadan görüntüləri təqdim edirik.

Ən sərfəli krediti almaq üçün müraciət et