Həyatınızı bu smart vasitələrlə asanlaşdıra bilərsiniz | Banco.az

Həyatınızı bu smart vasitələrlə asanlaşdıra bilərsiniz

Elektron qurğular həyatımızda daha çox yer almağa başladıqca, onları enerji ilə doldurmağa ehtiyac yaranır. Elektrik yuvaları da bu istiqamətdə dəyişib. Belə ki yeni nəsil modellərdə USB portlarını görməyə başlayırıq.

Smartfondan planşetə, Bluetooth qulaqlıqdan dinamikə qədər gündəlik həyatda istifadə etdiyimiz bir çox elektron cihazını tez-tez enerji ilə doldurmalıyıq. USB portu yerləşmiş elektrik yuvaları adapterə ehtiyac olmadan bütün elektron cihazlarda asan və sürətli şarj təmin edir.

Bu cür elektrik yuvaları bazarda müxtəlif qiymətə təklif olunur. Təxminən 15 manata bu məhsulu əldə edə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Həyatınızın hər sahəsinə smart texnologiyalar diffuz edibsə, elektrikli cihazların uzaqdan idarəsini təmin edən ağıllı elektrik yuvalarından istifadə də əlverişli ola bilər. Bu məhsul ona qoşulmuş cihazların işləmə müddətini istəyinizə görə quraşdıra bilir. Çox aşağı enerji sərfi, məsafədən söndürüb- yandırma özəlliyinə malik bu smart elektrik yuvası, ölçülən güc 5%- i keçən zaman avtomatik xəbərdarlıq edir.

Smart elektrik yuvasını əldə etmək üçün büdcənizdən 165 manat xərcləməli olacaqsınız.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et