Həyatınıza təsir edəcək 10 Afrika atalar sözləri | Banco.az

Həyatınıza təsir edəcək 10 Afrika atalar sözləri

Şübhəsiz ki, Afrika dünyanın ən böyük iş intizamına sahib insanlarının yurd saldığı bir qitədir. Yüz illərdir bu qitə üzərindəki təzyiq və müstəmləkəçilik siyasəti, qitə insanlarının rifahlarının inkişafı üçün sözün əsl mənasında böyük çətinlik yaratmışdır və bu çətinlik də onları daha da güclü olmağa sövq edir.

Onların bu çətinliklərlə mübarizəsində bizim üçün önəmli dərslər olduğu qənaətindəyik. Buna görə bizi dərindən təsirləndirən bir neçə Afrika atalar sözlərini sizlər üçün təqdim edirik:

1) “Aslanlar öz hekayələrini yazmadıqca, ovçuların hekayələrini eşitmək məcburiyyətindəyik”.

2) “Bir aslanla qarışqa arasındakı döyüşdə qalib olmaz”.

3) “Hər gün yağan az yağış belə çayları doldura bilər”.

4) “Böyük ağac yıxılanda, yarpaqlarını keçi yeyər”.

5) “Duman ancaq bal arılarına təsir etməz; bal toplayanlar da təsirlənər”.

6) “Fərq yaratmaq üçün çox kiçik olduğunu düşünürsənsə, bağlı bir otaqda bir ağcaqanadla yatmağı sına”.

Ən sərfəli kredit üçün müraciət et

7) “Suyun dərinliyini iki ayağı ilə ancaq bir axmaq test edər”.

8) “Sular yüksəldikcə balıqlar qarışqaları yeyər, sular çəkildikcə də qarışqalar balıqları yeyər. Heç kəs bugünkü üstünlüyünə və gücünə arxayın olmamalıdır… Çünki, kimin kimi yeyəcəyini suyun axışı qərar verər”.

9) “Üzümüzün və gözlərimizin rəngi nə rəngdə olursa olsun, göz yaşlarımızın rəngi eynidir”.

10) “Afrikada hər səhər bir ceyran oyanır,

Ən sürətli aslandan daha sürətli qaçmasının lazım olduğunu yoxsa öləcəyini bilir.

Afrikada hər səhər bir aslan oyanır,

Ən yavaş ceyrandan daha sürətli qaçmasının lazım olduğunu yoxsa ac qalacağını bilir.

Aslan ya da ceyran olmağınızın bir önəmi yoxdur.

Yetər ki, günəş çıxanda qaçmaq məcburiyyətində olduğunuzu bilin”.

moneta.az

Ən sərfəli krediti almaq üçün müraciət et