Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda bu ilin yanvar-noyabr aylarında həyatın yaşam sığortası üzrə 636 milyon 877 min manat sığorta haqqı yığılıb.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 16,7% və ya 91 milyon 271 min manat çoxdur.
Hesablamalarımıza görə, son 1 ildə bu sığorta növü üzrə ödənişlərin məbləği isə 141 milyon 617 min manat və ya 31,9% artaraq 585 milyon 86 min manata çatıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında yaşam sığortası üzrə yığımlar 546,6 milyon manata, ödənişlər isə 443,5 milyon manata bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
