Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda cari ilin yanvar-iyun aylarında həyatın yaşam sığortası üzrə 337 milyon 898 min manat sığorta haqqı yığılıb.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 23,5% və ya 64 milyon 233 min manat çoxdur.
Hesablamalarımıza görə, son 1 ildə bu sığorta növü üzrə ödənişlərin məbləği isə 105 milyon 242 min manat və ya 83,2% artaraq 231 milyon 754 min manata çatıb.
Qeyd edək ki, ötən ilin eyni dövründə yaşam sığortası üzrə yığımlar 273,7 milyon manata, ödənişlər isə 126,5 milyon manata bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!