Bəhman Məmmədov çıxışında verdiyi nümunələrlə bəzən qutunun çölündə düşünməyin vacibliyini vurğulayır.
Bakı Dövlət Universiteti məzunu olan Bəhman Məmmədov Qafqaz Universiteti Riyaziyyat-İnformatika bölməsində Riyaziyyat müəllimi olaraq fəaliyyət göstərir. Həmişə yeni ideyaları ilə universitetə rəngarənglik gətirən Bəhman müəllim bu dəfə riyaziyyatdakı tərs funksiya anlayışını canlı musiqi üzərinə tətbiq edərək kainatda və həyatımızdakı ziddiyyətlər mövzusu ətrafında danışacaq.