Həyat yoldaşının hədiyyəsi qadını zəngin etdi - FOTO | Banco.az

Həyat yoldaşının hədiyyəsi qadını zəngin etdi - FOTO

ABŞ-ın Merilend ştatında Montqomeri dairəsinin sakini öz xanımına uduşlu lotoreya bileti hədiyyə edib. 

Bu barədə “UPI” informasiya portalı məlumat verir.

Anonimliyini qorumaq istəyən kişi həyat yoldaşının müvəqqəti olaraq evdən çıxmaq imkanını itirdiyini deyir. O, xanımını sevindirmək istəyib, bunun üçün də cavabı dərhal bəlli olan bir neçə lotoreya alıb. Qadın mobil tətbiq vasitəsi ilə nəticələri yoxlayanda isə cütlük xoş sürprizlə üzləşib. Belə ki, kişiyə 20 dollara başa gələn biletlərdən biri 50 min dollar uduş gətirib.

Ən sərfəli kredit üçün müraciət et

“Biz bunu gözləmirdik”, - deyə amerikalı etiraf edib. O, bildirib ki, udulan pulların bir qismi borcların ödənməsinə sərf ediləcək, qalan hissəsi isə gələcək üçün sərmayə kimi saxlanılacaq.

oxu.az

Ən sərfəli krediti almaq üçün müraciət et