Həyat tərzi dəbdəbə ilə görüşür: The Ritz-Carlton Residences, Baku yeni bir yaşam dövrü başladır | Banco.az

Həyat tərzi dəbdəbə ilə görüşür: The Ritz-Carlton Residences, Baku yeni bir yaşam dövrü başladır

Bakı şəhərinin üfüqündə yeni, gözqamaşdırıcı məkan - The Ritz-Carlton Residences, Baku. Bu memarlıq möcüzəsi şəhərin ilk brend rezidensiyası olub, dəbdəbə, individuallıq və Bakının zəngin mədəniyyətini özündə tam birləşdirən unikal həyat tərzi təklif edir.  

Videoya baxın: LİNK

Bakının aktiv zonalarından biri olan Nəsimi rayonunda yerləşən 31 mərtəbəli möhtəşəm bina, önəmli turistik məkanlara sürətli çıxış ilə əvəzsiz atmosferi bir ünvanda birləşdirərək, öz sakinlərinə şəhərin ən üstün cəhətlərini yaşatmağı vəd edir.

The Ritz-Carlton Residences, Baku xüsusi diqqətlə hazırlanmış, hər biri istilik, kəşf, irs və sənətkarlığı özündə əks etdirən 79 mənzilin eksklüziv kolleksiyasına malikdir. Rezidensiyalar dəbdəbəli materiallar, o cümlədən mərmər, taxta, dəri, qızılı detallar və Bakının canlı mədəniyyətini əks etdirən ləl-cəvahirat çalarlı üslublar ilə bəzədilib.    

Bənzərsiz The Ritz-Carlton xidmətlərindən yararlanacaq olan mənzil sahibləri unikal mənzil planları arasından rahatlıqla seçim edərək öz yaşam tərzlərini fərdiləşdirmə üstülüyünə sahibdir. Dünyaca məşhur Kristina Zanić Consultants interyer dizayn studiyasında yüksək standartlarda yaşayışın təcəssümünü axtaranlar üçün interyer üslubu, FF&E dizaynı və incəsənət toxunuşları üçün istinadlar təqdim edir. İstək üzrə tam təmirli və mebelli mənzil təminatı üçün üçüncü tərəf təchizatçıları mövcuddur. 

Sakinlər hər hansı arzu və ya istəklərinin sürətli təmini üçün 24 saatlıq konsyerj xidməti göstərən xüsusi lounge sahəsinə eksklüziv giriş əldə edəcəklər. Bundan əlavə, sakinlər 13-cü mərtəbədə yerləşən Ritz-Carlton Club Lounge-a giriş əldə edir və PAŞA Qrup portfelində üstünlüklər təmin edən eksklüziv üzvlük proqramı PASHA Elite Club-a daxil olurlar.

Videoya baxın: LİNK

The Ritz-Carlton Residences, Baku sadəcə zövqlə dizayn edilmiş yaşayış məkanı deyil, o həm iş, həm də istirahət üçün hazırlanmış bir mərkəzdir. 2202 m²-dən geniş sahəyə malik avanqard görüş otaqları ilə bura böyük tədbir və görüşləriniz üçün ideal məkandır. Möhtəşəm Şuşa bal zalı isə tədbirləriniz üçün mükəmməliyin zirvəsidir.

Ən sərfəli kredit üçün müraciət et

Sağlamlıq və istirahət də diqqət mərkəzindədir. Sakinlər uşaq və ailə hovuzları arasında seçim edə, hovuzun heyranedici şəhər mənzərəsinə baxan foyesində əylənə və ya ən yeni Technogym avadanlıqları ilə təchiz edilmiş 24/7 xidmət göstərən fitnes mərkəzində öz fitnes rutinlərinə sadiq qala bilərlər. Sauna, buxar otağı, türk hamamı və xüsusi qulluq ritualları təklif edən spa mükəmməl bir istirahət cənnəti vəd edir.

Həyat tərzi xidmətləri ilə məşhur olan və şəhərin ilk brend rezidensiyaları olan The Ritz-Carlton Residences, Baku-da həyat misilsizdir. 24 saatlıq konsyerj, səyahət və restoran rezervasiyası da daxil olmaqla bir sıra xidmətlər rahat həyat tərzini təmin edir. Burada həmçinin, təmizlik, tədbir planlaması, hətta rezidensiya daxilində spa kimi əlavə premium xidmətlər də mövcuddur.

The Ritz-Carlton Residences, Baku sizi əsrlik, misilsiz qonaqpərvərliyin və əfsanəvi xidmətin evinizə gətirildiyi dəbdəbəli mirasdan zövq almağa dəvət edir.

The Ritz-Carlton Residences, Baku mənzilləri və penthausları artıq satışdadır. Əlavə məlumat və ya eksklüziv baxış təşkil etmək üçün www.rcresidencesbaku.com saytına daxil olun və ya əlaqə saxlayın: *1118

Videoya baxın: LİNK

Ən sərfəli krediti almaq üçün müraciət et