Hesablarla pul köçürmələri hansı sistemlərlə reallaşır? | Banco.az

Hesablarla pul köçürmələri hansı sistemlərlə reallaşır?

Banklarda hesablar vasitəsi ilə pul köçürmələri bir sıra klirinq sistemləri vasitəsi ilə həyata keçirilir. Bu sistemlərin hər birinin özünəməxsus xüsusiyyətləri vardır.  Bu sistemlərin hər biridən banklar müxtəlif növ pul köçürmələrində istifadə edirlər. Bu sistemlər iki yerə ayrılır:

  1. Beynəlxalq ödəniş sistemləri;
  2. Daxili ödəniş sistemləri.

 Əvvəlcə, bu sistemlərə aydınlıq gətirək.

Beynəlxaq ödəniş sistemlərinə SWIFT daxildir.

SWIFT – Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Sistemidir.

S.W.I.F.T. vahid standartlar, mesajlaşma və qoşulma üsulları yaratmışdır. S.W.I.F.T. –in platformasında yaradılmış iri həcimli ödənişlər üzrə sistemlərdən biri Azərbaycanda mövcud olan AZİPS-dir. 

AZIPS – Real Vaxt Rejimində Banklararası Milli Hesablaşmalar Sistemi olub, daxili ödəniş sistemidir. AZİPS 2001-ci ildə istismara verilmişdir. Onun əsas xüsusiyyətləri:

• AZİPS – müasir kompüter və qabaqcıl texnologiyalara texnologiyalara əsaslanan saslanan iri və təcili ödənişlər üçün hesablaşma sistemidir.

• AZİPS-də məlumat mübadiləsi S.W.İ.F.T. üzərində qurularaq tam funksional, kriptoqrafik müdafiə ilə təmin olunur.

AZIPS sisteminin iştirakçıları :

• Mərkəzi Bank;

• Dövlət Xəzinədarlığı Agentliyi; Agentliyi;

• Kommersiya bankı;

• Aqrarkredit BOKT;

• Azəripoçt MMC.

AZİPS ödəniş sistemində müştəri ödənişlərinin qəbulu 10:00-16.30, bank ödənişlərinin göndərilməsi 10:00-17:00 aralığında həyata keçirilir.

Ən sərfəli kredit üçün müraciət et

Digər daxili ödəniş sistemi XÖHKS-dür. XÖHKS – Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemidir, 2002-ci ildə istismara verilmişdir. Əsas xüsusiyyətləri bunlardır:

• XÖHKS - müasir kompüter və qabağcıl texnolog yi alara əsaslanan xırda və təcili olmayan ödənişlər üçün klirinq sistemidir.

• XÖSHK - də məlumatlar yerli telekommunikasiya şəbəkəsi üzərində qurularaq tam funksional, krip q to rafik müdafiə ilə təmin olunur.

XÖHKS sistemin iştirakçıları:

• Mərkəzi Bank;

• Mərkəzi Bankın Naxçıvan Əİ;

 • Dövlət Xəzinədarlığı Agentliyi;

• Vergilər Nazirliy;

• Azərbaycan İpoteka Fondu;

• Kommersiya bankı;

• Aqrarkredit BOKT;

• Azəripoçt MMC.

XÖHKS ödəniş sistemində paket ödənişlərin qəbulu 09:30-13:00 və 13:40-15:05 aralığında həyata keçirilir.

Qeyd etmək lazımdır ki, milli ödəniş sistemlərinin hamısında Mərkəzi İdarə bir qayda olaraq Milli Bankların nəzarəti altında olur. Mərkəzi İdarələr sistemi daim qorunmalı və nəzarətdə saxlanılmalıdır. 

Hazırda, bankların əksəriyyəti cari hesablarla pul köçürmələri zamanı həm AZİPS, həm də XÖHKS sistemlərindən istifadə edir və hər bir sistemlə köçürmələrə görə müvafiq komisyon haqq müəyyən edilmişdir.

Ən sərfəli krediti almaq üçün müraciət et