Hesablardan pulun nağd çıxarılması artır - PALATA DEMOTİVASİYA TƏDBİRLƏRİ TƏKLİF EDİR | Banco.az

Hesablardan pulun nağd çıxarılması artır - PALATA DEMOTİVASİYA TƏDBİRLƏRİ TƏKLİF EDİR

1% nağdlaşdırma vergisinə baxmayaraq hüquqi və fiziki şəxslərin pul vəsaitlərini bank hesablarından nağd qaydada çıxarmaları artıb.

2018-ci ildə  hüquqi və fiziki şəxslər (əhali sektoru istisna olmaqla) tərəfindən nağdlaşdırılan vəsaitin təxmini məbləği 2,9 milyard manat (o cümlədən, hüquqi şəxslər üzrə 2,7 milyard manata, fiziki şəxslər üzrə 0,2 milyard manata) bərabər olub. Rəqəmin 2019-cu ilin sonuna 3 milyard manat (o cümlədən, hüquqi şəxslər üzrə 2,8  milyard manat, fiziki şəxslər üzrə 0,2  milyard  manat) olacağı gözlənilir. Eyni zamanda 2020-ci il üçün isə 3,6 milyard manat (o cümlədən, hüquqi şəxslər üzrə 3,4 milyard manat, fiziki şəxslər üzrə 0,2 milyard manat) məbləğində proqnozlaşdırılır.

2019-ci ilin yanvar-avqust aylarında bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,4 milyard manat və ya 19% artaraq 2,5 milyard manat (o cümlədən, hüquqi şəxslər üzrə 2,4 milyard manat, fiziki şəxslər üzrə 0,1 milyard manat) təşkil etmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin, Azərbaycan Respublikası Mərkəzi Bankının məlumatlarına əsasən 2019-cu ilin yanvar-avqust aylarında dövriyyədə olan nağd pulların həcmi ümumilikdə 9,3 milyard manata, dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti isə 81,4%-ə çatmışdır ki, bu da əvvəlki ilin analoji göstəricilərindən, müvafiq olaraq 1,8 milyard  manat və 0,9 faiz bəndi çoxdur.

Göstərilənləri nəzərə alaraq, Hesablama Palatası pul vəsaitlərini bank hesablarından nağdlaşdıran vergi ödəyiciləri üzrə demotivasiya (eyni zamanda, nağdsız əməliyyatlara üstünlük verilməsini təşviq edən motivasiya) tədbirlərinin gücləndirilməsini təklif edir.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et