Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi statistik məlumatlara əsasən 2019 cu ilin yanvar-fevral ayları üzrə hesablanmış sığorta haqqları və sığorta ödənişləri haqqında məlumatı sizlərə təqdim edirik. Palatanın məlumatına əsasən, 2019-cu ilin yanvar-fevral aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 132.8 mln. manat məbləğində sığorta haqları toplanıb, 33.1 mln. manat məbləğində sığorta ödənişləri həyata keçirilib.
Könüllü sığorta bazarı üzrə haqlar 103.9 mln. manat, ödənişlər isə 21.3 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 28.9 mln. manat, ödənişlər isə 11.8 mln. manat olub.
2019-cu ilin yanvar-fevral aylarında sektor üzrə məcmu sığorta haqlarının 78.2%-i könüllü, 21.8%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 64.4%-i könüllü, 35.6%-i icbari sığorta növləri hesabına formalaşıb.
2019-cu ilin yanvar-fevral ayları üzrə hesablanmış |
||
(min manatla) |
||
Sığorta sinifləri |
Sığorta haqları |
Sığorta ödənişləri |
Könüllü sığortalar üzrə - cəmi: |
103,950.5 |
21,337.9 |
o cümlədən: |
|
|
Həyat sığortası üzrə, o cümlədən: |
24,798.8 |
11,750.7 |
həyatın yaşam sığortası |
18,201.8 |
11,203.2 |
həyatın ölüm halından sığortası |
6,048.7 |
547.5 |
əmək qabiliyyətinin sığortası |
531.9 |
0.0 |
sağalmaz xəstəliklərdən sığorta |
16.4 |
0.0 |
Qeyri-həyat sığortası üzrə, o cümlədən |
79,151.7 |
9,587.2 |
Şəxsi sığorta, o cümlədən: |
53,141.9 |
6,869.1 |
tibbi sığorta |
52,214.4 |
6,823.2 |
xaricə səfər edən vətəndaşların sığortası |
502.7 |
24.2 |
fərdi qəza və xəstəlik sığortası |
424.8 |
21.7 |
Əmlak sığortası, o cümlədən: |
26,009.8 |
2,718.1 |
əmlakın sığortası, o cümlədən: |
19,191.8 |
2,513.0 |
əmlakın yanğından və digər risklərdən sığortası |
7,042.5 |
622.1 |
hava nəqliyyatı vasitələrinin sığortası |
4,972.1 |
20.1 |
avtonəqliyyat vasitələrinin sığortası |
4,091.9 |
1,705.2 |
su nəqliyyat vasitələrinin sığortası |
2,159.8 |
0.0 |
yüklərin (nəqliyyat) sığortası |
750.4 |
13.8 |
kənd təsərrüfatı heyvanlarının sığortası |
116.8 |
151.8 |
kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası |
4.1 |
0.0 |
dəmiryol nəqliyyatı vasitələrinin sığortası |
0.0 |
0.0 |
əmlakın sığortası ilə bağlı digər siniflər, o cümlədən: |
54.2 |
0.0 |
- işçilərin dələduzluğu sığortası |
54.2 |
0.0 |
- pul və pul sənədlərinin saxtalaşdırılmasından sığorta |
0.0 |
0.0 |
mülki məsuliyyətin sığortası, o cümlədən: |
6,801.5 |
205.1 |
ümumi mülki məsuliyyətin sığortası |
3,517.7 |
189.8 |
hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası |
2,114.3 |
0.0 |
peşə məsuliyyətinin sığortası |
659.4 |
0.0 |
su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası |
226.1 |
0.0 |
işəgötürənin məsuliyyət sığortası |
188.8 |
2.8 |
avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası |
95.2 |
12.5 |
yük daşıyanın mülki məsuliyyətinin sığortası |
0.0 |
0.0 |
kredit sığortası, o cümlədən: |
14.3 |
0.0 |
kreditlərin sığortası |
14.3 |
0.0 |
qarışıq maliyyə risklərinin sığortası, o cümlədən: |
2.2 |
0.0 |
işin dayanması ilə bağlı risklərdən sığorta |
2.2 |
0.0 |
İcbari sığortalar üzrə - cəmi: |
28,868.3 |
11,778.0 |
o cümlədən: |
|
|
Həyat sığortası üzrə |
6,258.4 |
556.0 |
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək |
6,258.4 |
556.0 |
Qeyri-həyat sığortası üzrə, o cümlədən |
22,609.9 |
11,222.0 |
avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası |
12,715.2 |
9,897.3 |
daşınmaz əmlakın icbari sığortası |
7,870.9 |
670.0 |
məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası |
1,845.0 |
181.7 |
daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası |
85.7 |
0.0 |
hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası |
33.5 |
473.0 |
sərnişinlərin icbari fərdi qəza sığortası |
31.0 |
0.0 |
digər icbari sığorta növləri |
28.6 |
0.0 |
YEKUN |
132,818.8 |
33,115.9 |
Nüsrət XƏLİLOV, banco.az