Bu il Azərbaycanın ixracı azalıb, idxalı artıb | Banco.az

Bu il Azərbaycanın ixracı azalıb, idxalı artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 24 milyard 400 milyon ABŞ dolları olub. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 milyard 632 milyon dollar və ya 12,1% çoxdur.   

Son 1 ildə Azərbaycanın ixracı 0,2% azalaraq 12 milyard 878 milyon ABŞ dollarına, idxalı isə 29,9% artaraq 11 milyard 522 milyon ABŞ dollarına yüksəlib.

Nəticədə xarici ticarətdə 1 milyard 356 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,9 dəfə az olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram