Hərracda bankların dollar tələbi nə qədər olub? | Banco.az

Hərracda bankların dollar tələbi nə qədər olub?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 44.7 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu əvvəlki hərracla (13 fevral) müqayisədə 8.5 milyon dollar və ya  23.5% çoxdur.

Qeyd edək ki, fevralın əvvəlindən bəri keçirilən hərraclarda tələb bu qədər olub:

Tarix

Tələb

18 fevral

44.7 milyon dollar

13 fevral

36.2 milyon dollar

11 fevral

56.8 milyon dollar

6 fevral

54.5 milyon dollar

4 fevral

52.9 milyon dollar

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram