Hərrac Mərkəzi barədə AÇIQLAMA | Banco.az

Hərrac Mərkəzi barədə AÇIQLAMA

Bilindiyi kimi, artıqAzərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində yaradılan “Hərrac Mərkəzi” MMC-ni dövlət qeydiyyatına alınıb və bu yaxınlarda fəaliyyətə başlaması planlaşdırılır.

ABA bildiri ki, Hərrac Mərkəzinin  əsas məqsədi məhkəmə qaydasında və məhkəmə qaydasından kənar ipoteka və digər tip öhdəliklər üzrə girovda olan daşınmaz əmlakların reallaşdırılmasını həyata keçirməkdir. Başqa sözlə,  bu mərkəz girovların satılması üçün yaradılmış bir platfomadır. Qeyd edək ki, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş istisnalarla girovqoyanın özgəninkiləşdirə bildiyi hər cür əşyalar, qiymətli kağızlar, maddi sərvətlər, xüsusi mülkiyyətdə olan torpaq sahəsi və əmlak hüququ girov qoyula bilər.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əlavə Hərrac Mərkəzi tərəfindən valyuta hərraclarının keçirilməsi planlaşdırılmır.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür.

Ən sərfəli krediti almaq üçün müraciət et