Hər kəsi heyrətləndirəcək ən yeni innovasiya nümunələri | Banco.az

Hər kəsi heyrətləndirəcək ən yeni innovasiya nümunələri

Fərqli sektorlarda edilən innovasiya işləri, kiçik bizneslərin böyüməsinə köməkçi olur. Bu işlər, mövcud olan bir məhsul və ya  xidmətlə yanaşı, yeni çıxan məhsulların inkişaf etdirilməsində də istifadə edilir.

Yaradıcı yenilik nümunələri, iş qurmaq və ya işini inkişaf etdirmək istəyənlərin işinə daha çox yarayır. Dünyadakı trendləri izləyə və yeni fikirlər yarada bilmək üçün bu nümunələri araşdırmaq böyük əhəmiyyət daşıyır. Gəlin, birlikdə ən yeni innovasiya nümunələrinə nəzər salaq:

    1. Yenidən istifadə edilə bilən qulaq təmizləyicisi

 

 

“Eeears” təkrar istifadə edilə bilən qulaq təmizləyicisi, hipoalerjenik tibbi silikondan hazırlanan yumşaq bir məhsuldur. Qısa müddətdə 15.000 Avro dəyərində satış edən məhsul, köhnə tərz pambıqlı qulaq təmizləyicilərin yerinə keçməyə çalışır.

    2.Cazibə qüvvəli ədyal

 

 

Yuxu və stress üçün hazırlanan bu ədyal, bədən ağırlığının 10 %-i ağırlığında hazırlanmışdır. Öz ağırlığını bədən daxilində paylayır və qucaqlama hissini ötürdüyü üçün sinir sistemini sakitləşdirir. Bu da, serotonin və melatonin səviyyəsini artırır.

    3. Mizu ağıllı dəsmal

 

 

Ev aksesuarı markası olan Mizu Home, istehsal etdiyi ağıllı dəsmallar ilə tez qurumayan, pis iy verən və allergiyaya səbəb olan dəsmalların dövrünə son vermək istəyir. Mizu ağıllı dəsmallar, bu günə qədər çıxarılan ən yumşaq və ən dayanıqlı dəsmal olaraq təqdim edilir. Bu dəsmallar bakteriyaların qarşısını almaq qabiliyyətinə görə xüsusi qeyd olunur.

    4. Hava limanı konsepsiyalı restoran

 

Ən sərfəli kredit üçün müraciət et

Yalnız 5-10 dəqiqə ərzində nə istəsən ala biləcəyin möhtəşəm hava limanı konsepsiyalı restoran hamının diqqətini çəkir. Bu restoran Londonda çox populyar oldu. Son 2 ildə iş həcmini 14 dəfə artırmağa müvəffəq olmuşdur.

    5. Uşaqlar üçün xüsusi MR

 

 

Uşaqların MR'da rahat dayanmadığını görən bir dizayner, olduqca sadə düşünərək yeni bir dizayn fikirləşdi. GE Healthcare tərəfindən istifadə edilən bu MR cihazı ilə uşaqlar MR müayinəsini daha sağlam nəticələrlə verə bilərlər.

    6. Sensor siçan (mouse)

 

 

Microsoft, siçan düymələrindən bezənlər üçün bu gözəl məhsulu satışa çıxardı. Qısa müddətdə ciddi satış rəqəmləri əldə edən Microsoft, bu sensor siçanı normal siçanlardan 6 qat baha qiymətə satmasına baxmayaraq, satış həcmində ciddi nisbətdə artım oldu.

    7. Elektrik enerjisi istehsal edən günəş jalüzləri

 

 

Yeni yaradılan bu fikir, günəş jalüzləri sayəsində elektrik enerjisi istehsal edir. Fikir sahibi Yevgen Erik tərəfindən istehsal edilən bu jalüzlər, kiçik bir ofisin bütün elektrik ehtiyacını qarşılaya bilər.

     8. Qeyri - adi ağıllı pulqabı

Volterman adlı bu qeyri - adi pul qabı, özündə bir çox texnologiyanı saxlayır. Pulqabıda unutqanlığa və oğurluğa qarşı tədbirlər görülüb. Qlobal GPS xüsusiyyətiylə, cüzdanınızı unutduğunuzda yerinizi dərhal müəyyən edə bilərsiniz. Ağıllı telefonlarla da inteqrasiya olan pul qabı, kabelsiz şarjı da dəstəkləyir.

Güllü Nağıyeva, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et