Həftəsonu yalnız lisenziyası olan taksilər xidmət göstərəcək | Banco.az

Həftəsonu yalnız lisenziyası olan taksilər xidmət göstərəcək

Karantin rejimində həftəsonu lisenziyası olan taksilərin fəaliyyətinə icazə veriləcək.

Bunu açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib. O bildirib ki, həftənin şənbə və bazar günləri taksi fəaliyyəti ilə məşğul olmağa müvafiq icazəsi olan taksilər fəaliyyət göstərə biləcək:

“Bura taksi xidməti göstərən şirkətlər və taksi xidməti ilə məşğul olmaq üçün müvafiq lisenziyası olan şəxslər də daxildir. Digərlərinin taksi kimi xidmət göstərməsi yolverilməzdir”.

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et