Həftənin filmi 010 | Banco.az

Həftənin filmi 010

Bu həftə sonu üçün tövsiyə etdiyimiz film "Əfsanəni çap et"(Print the Legend ) adlanır.

Print the Legend 3D çap inqilabına, bu sahədə bazar liderliyi uğrunda yarışı əks etdirən sənədli filmidir. Film  MakerBot, Formlabs, Stratasys və 3D Systems daxil olmaqla bir neçə 3D çap şirkətinin tarixini və nailiyyətlərini və sözügedən sənayenin necə böyüməsindən bəhs edir. Sənədli film həmçinin 3D çap sənayesi ilə silah hüquqlarının müdafiəsi hərəkatı arasındakı əlaqəni araşdırır. Silah hüquqlarının müdafiəsi ilə tanınan və xüsusilə silahların 3D çapını təbliğ edən Cody Wilson sənədli filmdə xüsusi yer alır.

Filmin əsasını iki oxşar biznesin inkişaf yolunun timsalında 3D çap texnologiyasına necə müxtəlif yanaşmaların ola biləcəyini göstərmək təşkil edir.

Hazırladı: Tahir Əsgərli və Tərlan Qəhrəmanova

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

sənədli filmlər, film tövsiyəsi, həftənin filmi, maraqlı kinolar

Ən sərfəli krediti almaq üçün müraciət et