Həftənin filmi 001 | Banco.az

Həftənin filmi 001

Banco.az sizin həftə sonunu daha maraqlı keçirməyiniz üçün "Həftənin filmi" adlı layihəsinə start verir. Bu layihə çərçivəsində daha çox sənədli filmlər, bioqrafiya və ya real həyatda baş verən motivasiya yönümlü filmlərin paylaşılması nəzərdə tutulub. Filmlər hər həftənin cümə günlərində dərc olunacaq.

Layihənin ilk filminin adı "Amerikanı quran adamlar" (The Men Who Built America) adlanır.

Həmçinin bax: Həftənin biznes kitabı 001

Film ABŞ-ın keçmiş prezidenti Donald Trumpın həmi şəxslər haqqında fikirləri ilə başlayır: "Onlar heç kimin sahib olmadığı uzaqgörənliyə sahib böyük adamlar idi. Buna görə də həmin 50 ildə növbəti bir əsrlik dünyayı formalaşdırdıq".

Səkkiz kiçik bölümdən ibarət bu serial ABŞ-ın istehsal tarixində xüsusi rolu olan 5 şəxsin - Kornelius Vanderbilt, Con D.Rokfeller, Endryu Karnegi, J.P.Morgan və Henri Fordun həyatından bəhs edir. Serial bu adamların sənayedəki yenilikləri və biznes imperiyalarının dünyanı necə dəyişdirdiyini, müasir cəmiyyətdə necə təsir etdiyini izah edir.

Ən sərfəli kredit üçün müraciət et

Filmi ingilis, rus və türk dilində izləyə bilərsiniz. 

Xoş izləmələr :)

Hazırladı: Tahir Əsgərli və Tərlan Qəhrəmanova

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

sənədli filmlər, film tövsiyəsi, həftənin filmi

Ən sərfəli krediti almaq üçün müraciət et