“Öncə biz vərdişlərimizi formalaşdırırıq, sonra isə onlar bizi formalaşdırır” - Con Drayden
Şəxsi inkişaf mövzusunda növbəti tövsiyə etdiyimiz Brian Tracy-nin "Milyon dollarlıq vərdiş" adlı kitabı sizə uğurlu olmağa kömək edəcək davranışlardan bəhs edəcək.
Həmçinin bax: Həftənin biznes kitabı 001
Uğurlu insanlar fərqli düşündükləri kimi, onlar həm də fərqli davranış və vərdişlərə sahibdirlər. Müəllif xoşbəxt və uğurlu olmaq üçün öncə xarakterinizi formalaşdırmalı və bunun üçün bir sıra vərdişlərə yiyələnməli olduğunuzu qeyd edir. Elə “Daşı dələn suyun gücü deyil, davamlılığıdır” deyimində olduğu kimi. Sizi məqsədinizdən asılı olmayaraq uğurlu edən güclü olmağınız deyil, davamlı öz üzərinizdə çalışmağınız olacaqdır. Kitabda da müəllif həmin vərdişlərdən və onlara yiyələnməyin yollarından bəhs edir.
Həmçinin bax: Həftənin biznes kitabı 002
Hazırladı: Tahir Əsgərli və Tərlan Qəhrəmanova
Bizi sosial şəbəkələrdən izləyin!!
biznes kitabları, kitab tövsiyəsi, motivasiya kitabları, bestseller