Həftənin biznes kitabı 002 | Banco.az

Həftənin biznes kitabı 002

“Düşüncələr emosiyaları, emosiyalar davranışları, davranışlar da nəticələri doğurur.“ -  T. Harv Eker

Bu həftə üçün şəxsi inkişaf, biznes mövzusunda olan kitab tövsiyyəmiz Harv Ekerin “Milyonçu kimi düşün” (Secrets of the millionaire mind; Milyoner aklın sırları) kitabıdır.

Müəllif öz gəncliyini daim oxumağına, seminarlarda iştirak etməyinə baxmayaraq uğura nail ola bilmədiyini xatırlayırdı. Bütün cəhdləri uğursuzluqla nəticələnirdi. Öz əziyyətinin bəhrəsini görəcəyinə, öz potensialının yüksək olduğuna inanırdısa, alınmırdı. Bütün bunların səbəbləri nələr idi və o, necə həyatını dəyişdi? sualına cavabı kitabı oxumaqla tapa bilərsiniz. 

Həmçinin bax: Həftənin biznes kitabı 001

Eyni zamanda, bu kitab sizə xəyallarınızı yaşamağa mane olan düşüncə, vərdiş və davranışlarınızı görməyə kömək edəcək. Başqa sözlə desək, kitabı oxumaqla bu günə kimi harada səhv etdiyinizi anlaya bilərsiniz. Elə müəllifin də kitabı yazmaqda məqsədi maddi uğura çatmaq və bu uğuru davamlı qoruyub saxlamaq istəyənlər üçün əsas məqamları onların diqqətinə çatdırmaq və onları tətbiq etməkdə köməklik göstərməkdir.

Ən sərfəli kredit üçün müraciət et

Əlavə olaraq qeyd edək ki, kitab New York Timesin ən çox satılanlar siyahısında və Wall Street Journalında biznes kitabları siyahısında yer alıb.

Hazırladı: Tahir Əsgərli və Tərlan Qəhrəmanova

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

biznes kitabları, kitab tövsiyəsi, motivasiya kitabları, bestseller