Müəllif:Gülbəniz Hüseynli/Banco.az
“2024-cü ilin fevral-mart aylarında ipoteka kreditləri verilməsi səbəbindən əmlak bazarında müştəri çoxluğu hiss olunsa da, hazırda durğunluqdur. Buna səbəb alıcı qıtlığıdır”.
Bunu Banco.az-a əmlak üzrə ekspert Elnur Fərzəliyev deyib.
Ekspert vurğulayıb ki, yay aylarında əmlak bazarında müştəri qıtlığı olsa, daha çox tələbat torpaq sahələri və bağ evlərinə olur:
“Yeni qaydalara əsasən, hər hansı torpaqda tikinti aparmaq üçün mütləq o torpağın təyinatı yaşayış məntəqələrinə uyğun olmalıdır. Yalnız bundan sonra həmin torpaqda hər tikinti işi aparmaq olar. Vətəndaşlar daha çox çıxarışlı torpaqlara üstünlük verirlər. Hazırda vətəndaşlar gəlir götürmək üçün bağ evlərinə üz tuturlar. Bu səbəbdən də bölgələrə daha çox üz tuturlar”.
Elnur Fərzəliyev qeyd edib ki, əmlak bazarında qiymətləri tənzimləyən tələbatdır:
"Əgər tələb çoxdursa, bu qiymətlərin yüksəlməsinə səbəb olur, alıcı qıtlığı yaşanarsa, əmlakın qiyməti də aşağı düşür”.
Bizi sosial şəbəkələrdən izləyin!!