Hava şəraiti ölkə ərazisində internetin işinə necə təsir edib? | Banco.az

Hava şəraiti ölkə ərazisində internetin işinə necə təsir edib?

Qar yağması ölkə ərazisində internetin işində çətinlik yaratmayıb.

Bu barədə "Aztelekom" MMC və "Baktelekom" MMC-nin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, ölkə ərazisində internetin işində çətinliyin yaranması ilə bağlı kütləvi müraciət daxil olmayıb.

"Əgər fərdi halda hər hansı nasazlıq baş verərsə, “Aztelekom” MMC abunəçilərindən 170, “Bakı Telefon Rabitəsi” MMC abunəçilərindən isə 155 Çağrı mərkəzinə müraciət etmələrini xahiş edirik. Hər bir müraciət ən qısa zamanda araşdırılacaq və yaranmış problem aradan qaldırılacaq", - məlumatda deyilir.

Qeyd edək ki, 2017-ci ildən bu günədək artıq ölkə üzrə 766 minə yaxın ev təsərrüfatı optik internetə çıxış imkanı əldə edib ki, bunun da 539 mini 2021-2022-ci illərdə icra olunub. Bu, yeni infrastrukturun quraşdırılma tempinin dəfələrlə artdığını nümayiş etdirir. Ümumilikdə layihənin sonunadək ölkə ərazisində bütün ev təsərrüfatlarının GPON və digər genişzolaqlı texnologiyalar vasitəsilə sürətli internetlə təmin olunması planlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et