Hava limanlarında xaos: 1100 uçuş ləğv edildi, 200 min sərnişin zərər çəkdi | Banco.az

Hava limanlarında xaos: 1100 uçuş ləğv edildi, 200 min sərnişin zərər çəkdi

Müəllif:Mehin Qasımova/Banco.az

Almaniyanın 11 hava limanında tətilə görə 1100 aviareys ləğv edilib.

Banco.az xəbər verir ki, bu barədə Almaniyanın Hava Limanları Assosiasiyası məlumat yayıb.

Almaniya Hava Limanları Birliyinin verdiyi açıqlamada, tətil səbəbiylə təxminən 1100 uçuşun ləğv edildiyi, 200 min sərnişinin tətildən təsirləndiyi ifadə edilib.

Birləşmiş Xidmət Sektoru İttifaqı  və işəgötürənlər kollektiv danışıqlarda işçilərin maaşlarının artırılması ilə bağlı razılığa gələ bilmədikdən sonra təhlükəsizlik işçiləri Berlin-Brandenburq, Frankfurt, Hamburq, Köln/Bonn, Leypsiq/Halle, Stuttgart, Bremen, Hannover, Düsseldorf, Erfurt və Drezden hava limanlarında xəbərdarlıq tətili başlayıb.

Tətildə iştirak edənlər 25 min işçinin saatlıq əmək haqqının 2,80 avro artırılmasını, habelə vəzifə haqqının və iş vaxtından artıq əmək haqqının artırılmasını tələb ediblər. Tərəflər fevralın 6 və 7-də yenidən bir araya gələcək.

Qeyd edək ki, daha əvvəl Almaniya Dəmir Yollarında (Deutsche Bahn) ölkədə işləyən maşinistlər maaşların artırılması tələbi ilə yanvarın 24-dən 29-a qədər tətilə çıxıblar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram