Hasilatın dondurulması ilə bağlı qeyri-müəyyənlik nefti ucuzlaşdırıb | Banco.az

Hasilatın dondurulması ilə bağlı qeyri-müəyyənlik nefti ucuzlaşdırıb

Dünya bazarında neft yenidən ucuzlaşıb.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,02 dollar azalaraq 48,70 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,76 dollar azalaraq 49,71 dollar olub.

Ən sərfəli kredit üçün müraciət et

Neftin ucuzlaşmasına OPEC ölkələrinin neftin hasilatının dondurulması barədə qərara gələ bilməyəcəyi barədə ehtimalların artması səbəb olub. 

Mənbə: Apa.az