Hasilatın azalması fonunda neftin qiyməti yüksəlir | Banco.az

Hasilatın azalması fonunda neftin qiyməti yüksəlir

Fevralın 3-nə olan məlumata əsasən, Brent markalı neftin qiyməti bir barrelə görə 0,42% qalxaraq, 54,98 dollar təşkil edib. WTI markalı yüngül neftin mart fyuçerslərində qiyməti isə 0,69% artaraq, bir  barrelə görə 49,91 dollar olub.

İnvestorların neft hasilatının azaldılmasına ümidlərinın artması fonunda neftin beynəlxalq qiymətlərində müsbət dinamika hiss olunur. Bunu “qara qızılın” alqı-satqısı ilə bağlı əqdlər də göstərir.

İnvestorlar ümid bəsləyir ki, dünyada neftin qiymətinin davamlı aşağı düşməsi, “qara qızılın” hasilatının azalmasına gətirib çıxaracaq və bu da bazarda onun satışlarını azaldacaq. “İnvestorlar özünü təhlükəsizlikdə hiss edir.  Qiymət artımı, qlobal iqtisadi enişin zəifləməsi ilə bağlı şübhələrə son qoydu.” – Bloomberg agentliyi SMBC Friend Securities Co-nun Tokiodakı baş mütəxəssisi Toshihiko Matsunodan sitat gətirir.

Ən sərfəli kredit üçün müraciət et

Bundan öncə The Telegraph nəşri belə bir məlumat yaymışdı ki, neftın qiymətinin ardıcıl şəkildə aşağı enməsi dünyanın bir çox enerji şirkətini öz xərclərini ixtisar etməyə sövq edib. Xüsusən də Britaniyanın BP və BG Group  kompaniyaları 13,9 milyard funt sterlinq ( 21 milyard dollar) həcmində məsrəflərin ixtisar planını bəyan etməyə hazırlaşır.

Yanvarda Britaniyanın Royal Dutch Shell neft-qaz kompaniyası gəlirlərinin kəskin azalması fonundan 15 milyard dollar həcmində xərclərin azaldılması barədə qərar açıqlamışdı.

Ötən ilin yayından bəri neft kotirovkaları iki dəfədən çox, bir barrelə görə 110 dollardan 50 dollara qədər azalıb. Analitiklər “qara qızılın” dəyərinin kəskin və qəfil enişini bazardakı xammal artıqlığı ilə izah edirlər. OPEK ölkələrinin noyabrın 27-də neft hasilatı ilə bağlı kvotanı bir gündə 30 milyon barrel həcmində  saxlamaq qərarı isə qiymətlərdəki çöküşü daha da gücləndirdi və yeni ildə qiymətlər artıq bir barrelə görə 45 dollara düşmüşdü.

Ən sərfəli krediti almaq üçün müraciət et