Hansı şirkətlərin loqoları SƏHV dizayn edilib? | Banco.az

Hansı şirkətlərin loqoları SƏHV dizayn edilib?

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ola bilsin ki, əksər insanlar fikir verməsələr də, bəzi tanınmış şirkətlərin loqotiplərində müəyyən nöqsanlar mövcuddur. Ancaq bu həmin şirkətlər tərəfindən qəsdən atılmış addımdır. Yəni, loqotipin müəyyən qüsurlarla dizayn edilməsi üçün ciddi fikir mübadilələri aparılmışdır. Nəticədə isə şirkətlər bu qüsurlarla insanlara çatdırmaq istədikləri mesajları ötürməyə nail olurlar.

Banco.az bugünkü məqalədə sizi həmin şirkətlərdən üçü ilə tanış edir.

Google

Texnologiya nəhəngi “Google” 2015–ci ildə öz loqosunun dizaynını yenilədi və daha əvvəl istifadə etdiyi “serif” yazı tipinin əvəzinə “sans” yazı tipindən istifadə etdi. Ancaq texnologiya şirkətinin yeni loqosunda başqa bir vacib nüans da var idi. “Google”un baş hərfini təmsil edən “G” formalı loqoda istifadə edilən yazı tipi həndəsi “sans” olmasına baxmayaraq, bu “G” hərfi mükəmməl çəmbər yaratmırdı. Ancaq bu dizayn şirkətin daha əlçatan və qeyri-adi imic yaratmasını təmin etmək üçün qəsdən düşünülmüşdü.

Həmçinin oxu: Google haqqında bilmədiyiniz 14 qeyri-adi fakt

Starbucks

Dünyanın ən böyük qəhvə restoranları şəbəkələrindən biri olan “Starbucks” da loqosunu yenidən dizayn etdi və loqonun üzərində əks olunan dəniz qızı təsvirini yaşıl rəngə boyadı. Bununla yanaşı loqoda digər bir mühüm dəyişiklik də var idi. Belə ki, dəniz qızı təsvirinin üz cizgiləri bu dəfə asimmetrik olaraq çəkilmişdi. Çünki simmetrik üz cizgiləri dəniz qızının “qorxulu” görünməsinə səbəb olurdu. Təsvirə asimmetrik görünüş vermək üçün dəniz qızının burnunun bizə nəzərən sağ tərəfindəki kölgə uzadıldı. Bununla da, dəniz qızı təsviri daha səmimi və insani görünüşə sahib oldu.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: “Starbucks”-ın loqosundakı sirr yoxsa qüsur?

7 –Eleven

“7-Eleven” loqosunda təsvir edilən “Eleven” sözünün bütün hərfləri böyük yazıldığı halda, təkcə “n” hərfi kiçik yazılıb. Şirkətin açıqlamasına görə, bununla onlar markanın daha zərif görünməsinə çalışıblar. Qeyd edək ki, bu fikir şirkətin 1960–cı illərdə rəhbəri olmuş şəxsin xanımına məxsus idi. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et