Lizinq bir tərəfin digər tərəfdən mülkiyyəti icarəyə götürmək haqqında razılaşmanı ifadə edən qanuni sənəddir. Bu müqavilə lizinq alana icarəyə götürdüyü mülkiyyətdən istifadə hüququ, lizinq verənə isə dövrü ödənişləri əldə etmək hüququ verir.
Əgər sizin müəyyən texniki avadanlıq əldə etmək üçün kifayət qədər vəsaitiniz yoxdursa, həmin avadanlığı icarəyə götürərək öz istehsal və ya təsərrüfat sahənizlə məşğul ola bilərsiniz. Bu zaman dövrün sonunda ödənişlər bitdikdən sonra əmlak sizin mülkiyyətinizə keçəcəkdir.
Eləcə də siz mənzil və ya avtomobili kreditlə deyil, əlverişli lizinqlə əldə edə bilərsiniz.
Banco.az olaraq lizinq xidmeti göstərən təşkilatları araşdırdıq. Aşağıdakı təşkilatlardan lizinq müqaviləsi bağlayaraq müvafiq olaraq mənzil, avtomobil və ya avadanlıq əldə edə bilərsiniz:
Lizinq verən şirkətlər |
Təklif olunan lizinqlər |
Faiz |
Müddət |
Beynəlxalq Lizinq |
Mənzil |
8-18% |
5-20 il |
Dəmirbank |
Avadanlıq |
21% |
4 il |
FinansLizinq |
Mənzil |
- |
3-5 il |
Yapı Kredi Bank |
Avadanlıq |
- |
1 ilə qədər |