Hansı şirkətlər daha sərfəli ADSL internet xidməti təklif edir? | Banco.az

Hansı şirkətlər daha sərfəli ADSL internet xidməti təklif edir?

Provayder şirkəti seçərkən əvvəlcə internetdən hansı məqsədlə istifadə edəcəyinizi dəqiqləşdirmək lazımdır. Bu sizə hansı sürətdə internetə ehtiyacınız olduğunu müəyyənləşdirməkdə kömək edəcək. Əgər internetdən saytlara baxmaq, elektron poçtdan istifadə etmək və s. bu tipli məqsədlər üçün istifadə edəcəksinizsə, 1-3 Mbit /s sürət sizə kifayət edəcək. Onlayn oyunlar, yüksək keyfiyyətli filmlərə baxmaq və ya yükləmək üçün isə azı 25 Mbit/s sürətli internetə ehtiyacınız var.

Həmçinin bax: Ən sərfəli fiber optik internet xidmətini hansı şirkət təklif edir?

Sürəti dəqiqləşdirdikdən sonra isə internetə hansı üsulla qoşulacağımızı müəyyənləşdirməliyik. Şirkətlər bunu bir neçə üsulla həyata keçirirlər ki, bunlardan geniş yayılanlardan biri ADSL -dir. Bu mövcud telefon xətti ilə internetə qoşulmadır. Bunun geniş yayılması qiymətinin digərlərinə nisbətən ucuz olmasıdır. Lakin bu zaman sürət fiber optik xətti ilə çəkilən internetə nisbətən aşağı olur. Sürət 1 Mbit/s-24 Mbit/s aralığında dəyişir. Digər mənfi cəhəti odur ki, hava şəraitindən asılı olaraq sürətdə problemlər yarana bilər. 

İndi isə bu şirkətlərin telefon xətti ilə təklif etdiyi internet xidmətlərinin qiymətləri ilə tanış olaq. Qiymətlər sürət aralıqlarına uyğun olaraq qeyd olunub. 

Şirkətlər 4 Mbps-dək 5-8 Mbps 10-16 Mbps
TranEuroCom 10 13-15 19
Uninet/SuperOnline 10-12 15-20 30-40
Azeronline 10-15 20-30 -
Ultel İnternet 10-15 20-25 30-80
Connect 11-12 14-15 20-30
AlfaNet 12-15 20 30-40
Narnet 12-15 20-40 50
Azdatacom 12-30 40-60 80
Azeurotel internet 13 16 19
Aztelekom İnternet 13 16 19
Baktelecom.az 13 16 19
AzStarNet 15 20-30 40-60
Smart Online 15 20-30 40-80
Avirtel - 15-20 -
AzFiberNet - 15-20 25

İnfoqrafik: Tahir Əsgərli, Banco.az

Ən sərfəli kredit üçün müraciət et

Araşdırma: Tərlan Qəhrəmanova, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et