Ən sərfəli fiber optik internet xidmətini hansı şirkət təklif edir? | Banco.az

Ən sərfəli fiber optik internet xidmətini hansı şirkət təklif edir?

Günümüzü internetsiz təsəvvür etmək mümkün deyil. İnternetdən təkcə ünsiyyət vasitəsi kimi deyil, bütün işlərimizdə istifadə edirik. Başqa sözlə desək, internet həyatımızın ayrılmaz parçasına çevrilib. Digər tərəfdən də COVİD-19 pandemiyası ilə əlaqədar əksər sahələr onlayn xidmət göstərməyə başladı. Bu da digər tərəfdən internetin əhəmiyyətini daha da artırdı. 

Həmçinin bax: Hansı şirkətlər daha sərfəli ADSL internet xidməti təklif edir?

İnternetə olan tələbatı internet provayder şirkətləri qarşılayırlar ki, onların da internetlə bağlı bir neçə xidmətləri vardır. Bu araşdırmada provayderlərin fiber-optik internet xidmətindən bəhs edəcəyik.

Fiber optik şəbəkə vasitəsilə ötürülən informasiyanın həcmi digərləri ilə müqayisədə dəfələrlə yüksəkdir. Bununla istifadəçilər saniyədə 100 Mbitə məlumatı qəbul edə və ötürə bilərlər. Fiber optik xətlərilə təmin edilən internetdə sürət itkisi də olmur. İnternet telefon xətti ilə çəkilmədiyindən məlumatın ötürmə sürəti hava şəraitindən və ya xəttin sıradan çıxmasından asılı olmur. Bu da yüksək keyfiyyətli xidmət göstərilməsini təmin edir.

Bəs hansı provayder daha sürətli və ucuz internet xidməti təklif edir? Bu suala Banco.az tərəfindən hazırlanan cədvəldən cavab tapa bilərsiniz. Cədvəldə şirkətlərin təklif etdiyi sürət aralıqlarına uyğun olaraq qiymətləri əks olunub. 

Şirkətlər

20 Mbit/s-dək 21-40 Mbit/s 41-60 Mbit/s 61-80 Mbit/s 81-100 Mbit/s
Gamma SkyNet 12 17 20-27 37 47
Connect 12-18 20-25 35-60 80-100 130-160
Narnet 12-25 29-39 - - -
Sparktel 13 15-18 25-35 - -
Ultel İnternet 13-15 18-20 25-30 40 60
AlfaNet Optik 15 18 25 - -
Artkom 15 18 28 38 48
AzFiberNet 15 20 25 35 45
AzStarNet 15 18 28   45
Azeronline 15 18 20 30  
Cityline 15 18 20-25 30-40 50
SelNet 15 20-30 - 50 60
Birlink (Enginet) 15-17 18-20 25 - -
Fibernet Telecom 15-39 49-69 89-119 159 -
Smart Online 18 28-38 - - -
FiberNet 20 - - - -
AiləNet - 18 28 35 50
Azeurotel internet - 18 26 - 45
Aztelekom İnternet - 18 26 - 45
Blue TV - 18 29 - 49
Baktelecom.az - 18 26 - 45
CityNet - 18 29 39 49
İzone - 18 29 39 49
Katv1 - 18 30 - 50
SN Telekom - 18 30 - 50
SevenLine - 17 24 30 40
Teleport - 25 - - 45

İnfoqrafik: Tahir Əsgərli, Banco.az

Ən sərfəli kredit üçün müraciət et

Araşdırma: Tərlan Qəhrəmanova, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

fiber optik, fiber optik internet, wifi, sürətli internet

Ən sərfəli krediti almaq üçün müraciət et