Müəllif: Tamara Mustafayeva, Banco.az
Qlobal inflyasiya problemi və mərkəzi bankların tətbiq etdiyi monetar sərtləşdirmə siyasəti ilə bağlı iqtisadi perspektivdəki qeyri-müəyyənlik bir çox şirkətin ixtisarları sürətləndirməsinə səbəb olub.
Banco.az işçilərini ixtisar edən dünya miqyaslı şirkətləri və neçə nəfərin işdən çıxarıldığını təqdim edir.
- Almaniyanın istehlak məhsulları şirkəti “Henkel” 2000 işçisini ixtisar edib.
- ABŞ-ın “Microsoft” texnologiya şirkəti minə yaxın əməkdaşını işdən çıxarıb.
- ABŞ-da yerləşən qlobal internet televiziya şəbəkəsi “Netflix” 450 əməkdaşını işdən çıxarıb.
- Sosial media şirkəti “Twitter” işçilərinin 50 faizini ixtisar edib.
- “Facebook”, “Instagram” və “Whatsapp”ın sahibi “Meta” 11 min nəfəri işdən çıxarmağı planlaşdırır.
- Fransanın flagman aviaşirkəti “Air France” 300-ə yaxın quru personalını ixtisar etmək üçün həmkarlar ittifaqları ilə danışıqlar aparır.
- ABŞ-ın e-ticarət nəhəngi “Amazon” 10 min insanı ixtisar etməyə hazırlaşır ki, bu da qlobal işçi qüvvəsinin 3 faizinə bərabərdir.
- Hollandiyalı tibbi avadanlıq istehsalçısı "Philips" satışların azalmasından sonra 4000-ə yaxın işçini ixtisar etməyi planlaşdırdığını açıqlayıb.
- Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan “Intel” işçilərinin sayını 20 faiz azaltmağa hazırlaşır.
- ABŞ-ın aşağı büdcəli nəqliyyat xidməti şirkəti “Lyft” işçilərinin 13 faizini ixtisar edəcəyini açıqlayıb.
- ABŞ-ın elektromobil istehsalçısı “Tesla”nın baş icraçı direktoru İlon Mask şirkət işçilərinin sayının 10 faiz azaldılmalı olduğunu bəyan edib.
Bizi sosial şəbəkələrdən izləyin!!