Hansı sığorta şirkətləri öz sığorta haqqını 100%-dən çox artırıb? | Banco.az

Hansı sığorta şirkətləri öz sığorta haqqını 100%-dən çox artırıb?

Palataya istinadən 2018-ci ilin may ayında 351 milyon sığorta haqqı toplanıb. Banco.az komandası keçən ilin may ayından bu ilin may ayına, yəni bir il ərzində sığorta haqlarını artırmış sığorta şirkətlərini araşdırır. Ölkədə fəaliyyətdə olan 21 sığorta şirkətindən, yalnız 11-i öz sığorta haqlarını artırmışdır. 

Sığortaçının adı

Dinamika

Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti

202%

“Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyəti

155%

“AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti

107%

“Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti

80%

“Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyəti

75%

“Atəşgah Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti

73%

“Qala Sığorta” Açıq Səhmdar Cəmiyyəti

54%

“Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyəti

35%

“A-Qroup Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti

30%

“Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti

29%

“Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti

13%

Ən sərfəli kredit üçün müraciət et

 

Yalnız üç sığorta şirkəti, Dövlət Sığorta Kommersiya Şirkəti, Rəvan SığortaAta Sığorta öz sığorta haqlarını 100%-dən çox artırmışdır. Bunu aşağıdakı diaqramda da görmək olar.

 

 

Qeyd: Sığorta haqqı – Sizin sığorta müqaviləsində nəzərdə tutulmuş vaxtda və qaydada sığorta şirkətinə ödədiyiniz pul məbləğidir.

Xəzər Aslanov. Banco.az